waplog

Ali Məhkəmənin informasiya axtarış sistemi vətəndaşların işini asanlaşdırıb


Azərbaycanın ali məhkəmə orqanında informasiya texnologiyalarının ən yeni nailiyyətlərindən istifadə edilir. Ali Məhkəmənin internet səhifəsində yerləşdirilən informasiya axtarış sistemi məhkəməyə gəlmədən proses iştirakçısının işin qeydiyyata düşməsi, iş icraatında olan hakim, işin baxılması üçün təyin olunması, işin baxılması və çıxarılmış qərar haqqında məlumatları götürməsini mümkün edir.

“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə Ali Məhkəmənin məlumatında deyilir. Məlumatda həmçinin qeyd edilir ki, bundan başqa, internet səhifəsində yerləşdirilmiş qərarlar üzrə axtarış sistemi vətəndaşlara məhkəməyə gəlmədən çıxarılmış qərarların mətnini, ətraflı axtarış sistemində isə Ali Məhkəmənin kollegiyası, hakimləri, il və ay, apelyasiya instansiyasına və hakimlərinə, birinci instansiya məhkəmələrinə və hakimlərinə dair göstəricilər üzrə axtarış aparmağa da imkan yaradır.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL