2014-cü ildə noutbuk bazarında 1-2% səviyyəsində azalma qeydə alınacaq
Tayvanın “Trend Force” analitik şirkətinin tədqiqat bölməsi “Wits View” şirkətinin proqnozuna əsasən, gələn il qlobal noutbuk bazarının həcmi azalmağa davam edəcək, lakin azalma tempi zəifləyəcək və gələcəkdə bu sektorda müsbət dinamika müşahidə olunacaq.
Ehtimal edilir ki, 2013-cü ilin yekununa görə noutbuk bazarının həcmi 10% azalaraq 167 milyon olacaq ki, bu da dünya iqtisadiyyatındakı durğunluq və sensor idarəetməli modellərə zəif tələbatla bağlıdır.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə, həmçinin 1-2% səviyyəsində azalma gözlənilir. Bundan sonra noutbuk bazarında artım müşahidə olunacaq: 2015-ci ildə noutbuk tədarüklərinin həcmi 2,8%, bir il sonra isə 3.6% artmalıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL