waplog

“iPhone” istehsalçısı dünyanın ən böyük operatoru ilə saziş bağlayıb


“Associated Press” agentliyinin yaydığı məlumata əsasən, “Apple” şirkəti “iPhone” smartfonunun satış həcmini artırmaq məqsədi ilə dünyanın ən böyük mobil rabitə operatoru “China Mobile” şirkəti ilə saziş imzalayıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü il yanvarın 17-də “China Mobile” şirkətinin ixtisaslaşdırılmış mağazalarında “iPhone 5s” və “5c” smartfonunun satışlarına başlanılacaq. “China Mobile” artıq dekabrın 25-dən sözügedən telefonlara sifarişlərin qəbuluna başlayacaq. Sazişin maliyyə detalları açıqlanmayıb.

Analitiklər qeyd edirlər ki, təxminən 750 milyon abunəçiyə xidmət edən “China Mobile” şirkəti ilə saziş bağlanılması “alma” smartfonlarının Çin bazarında satış həcmini xeyli artıracaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL