RİTN-in daha bir elektron xidmətindən istifadə qaydaları açıqlanıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "www.e-gov.az" Elektron Xidmətlər Portalı vasitəsilə vətəndaşlara təqdim etdiyi "Telefonun addan-ada keçirilməsi" xidməti vasitəsilə vətəndaş FİN kodu əsasında öz adına olan telefon nömrəsini bir addan digərinə keçirə bilər.
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, xidmətdən istifadə üçün ilk növbədə "www.e-gov.az" portalına daxil olaraq RİTN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Telefonun addan-ada keçirilməsi" xidmətinin adını seçmək tələb olunur: "Açılan formanın içində istifadəçi öz adında olan şəhərdaxili telefon nömrəsini yazdıqdan sonra "səbəb" sətrində ona təqdim olunan üç səbəbdən birini seçməlidir.
Bundan sonra hər bir səbəb üçün əks olunan siyahıda göstərilən sənədin əslini, məsələn: "ölüm haqqında şəhadətnamə" (rəhmətə gedən olduqda); "nikah haqqında şəhadətnamə" və s. skan edib, elektron təsvirini əlavə etmək lazımdır. Lazımi ödənişi apardıqdan sonra şəhərdaxili telefon nömrəsi bir addan başqa ada avtomatik olaraq keçirilir".
Qeyd edək ki, bu haqda olan qəbz PDF formatında istifadəçi tərəfindən çap oluna bilər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL