waplog

2013-cü ildə amerikalılar “iPhone” smartfonunun yenilənməsinə 5.4 milyard dollar xərcləyiblər


“Sell Cell” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə amerikalılar öz “iPhone” smartfonlarının yenilənməsinə təxminən 5.4 milyard dollar xərcləyiblər. Hesablamaya əsasən, iki il ərzində orta yenilənmə qiyməti 151 dollar təşkil edib.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ümumilikdə amerikalılar öz “mobil park”larının yenilənməsinə il ərzində təxminən 11 milyard dollar xərcləyirlər və bu məbləğ tədricən artır.

“Pew Internet & American Life Project” tərəfindən keçirilmiş tədqiqata əsasən, ABŞ-da smartfon sahiblərinin təxminən 50%-i mobil telefonlarını öz üzərində gəzdirirlər. Məlum olub ki, amerikalıların 30%-i öz həyatlarını smartfonsuz təsəvvür edə bilmirlər və 67%-i isə yeni mesaj gəlməsini yoxlayır.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL