waplog

“Ağıllı” lampalar elektrik enerjisi kəsildikdə belə yanmağa davam edəcək


"Smartcharge" adlı yeni cihaz "Grid & Switch" sensor texnologiyasını tətbiq etməklə hazırlanıb. O, elektrik verilməsinin hansı səbəbdən – istifadəçinin söndürməsi və ya elektrik şəbəkəsindəki qəza ilə əlaqədar – dayandırıldığını təyin etmək qabiliyyətinə malikdir.

"ICTnews" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, "Smart Charge"-ın hazırlanmasında əsas məqsəd elektrik enerjisinin verilməsində nasazlıq yarandığı zaman mənzillərin mərkəzi şəbəkələr vasitəsilə işıqlandırılmasıdır.

Yeni lampalar elektron idarəetmə sxemi və litium-ion akkumulyator batareyasının köməyilə tam avtonom rejimdə işləmək qabiliyyətinə malikdir. Avtonom müddət isə təxminən dörd saat davam edir.
Yeni lampaların 2014-cü ilin aprel ayında satışa çıxarılacağı gözlənilir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL