Fabletlər sürətlə populyarlaşır
“Technalysis Research” şirkətinin yaradıcısı Bob O'Donnell deyib ki, 2014-cü ildə fabletlər satış həcminə görə kiçik ölçülü planşetləri ötəcək.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ekspertin sözlərinə görə, Asiya, Avropa və Braziliyada fabletlər sürətlə populyarlaşır, buna görə də 2014-cü ildə dünyada sözügedən qurğular 8 düymdən az diaqonalla təchiz edilmiş ekrana malik ənənəvi planşetlərlə müqayisədə daha yaxşı satılacaq.
Ekspert hesab edir ki, gələn il qlobal fablet satış həcmi 175 milyon, kiçik ölçülü planşetlərin satış həcmi isə 165 milyon olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL