waplog

“Airtame” - televizorlar üçün simsiz "HDMI” brelok


“Indiegogo” saytında siqnalı televizorun "HDMI” çıxışına simsiz rabitə ilə ötürməyə imkan verən kiçik qurğunun buraxılışı üzrə “Airtame” layihəsinin maliyyələşdirilməsi barədə məlumat yerləşdirilib.

Uzunluğu 71 mm, qalınlığı 10,6 mm təşkil edən “Airtame” xarici görünüşünə görə fləş-breloku xatırladır. Qurğu televizor panelinin “HDMI” interfeysinə qoşulur, siqnal isə televizorun müvafiq çıxışının “USB” portundan və ya kənar blokdan ötürülür.

Kompüterdə xüsusi əlavə quraşdırıldıqdan sonra istifadəçilər videoaxını “Airtame” brelokuna "Wi-Fi” simsiz birləşmələri ilə translyasiya edə biləcəklər. Bir sözlə, yeni qurğu “Wi-Fi” standartına əsaslanan “Intel Wireless Display” (WiDi) texnologiyasının alternatividir. 

Müvafiq əlavə üç rejimdə işi nəzərdə tutur: kompüterin iş masasının televizor ekranında göstərilməsi, televizor panelindən əlavə displey kimi istifadə və görüntünün simsiz şəbəkənin əhatə dairəsində olan digər kompüterlərə ötürülməsi.   
 
“Airtame” 1,0 giqahers takt tezlikli prosessor, 512 Mbayt operativ yaddaş, 802.11b/g/n standartını dəstəkləyən “Wi-Fi” adapter, “HDMI 1.4” interfeysi və “microUSB” çıxışı ilə təchiz olunub.  
  
Tərtibatçılar layihə üçün əvvəlcədən 160 min dollar toplayacaqlarına ümid etsələr də, artıq indi iki dəfə bundan çox vəsait toplanıb, maliyyələşmənin bitməsinə isə 26 gün qalıb. Tədarükünə növbəti ilin mayında başlanacaq “HDMI” brelokun qiyməti 90 dollar təşkil edir, - "3DNews www.3dnews.ru” yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL