waplog

Gələn il televizorlara tələbatın artımı gözlənilir



Gələn ilin mart-aprel aylarında dünya bazarında televizora tələbatın artımı gözlənilir. 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, hazırda maye-kristal televizorlara olan tələbatın azalması nəticəsində, pərakəndə kanallar anbar qalıqlarını ləğv edirlər və satıcı şirkətlərdən təchizatları azaldırlar.

Lakin gözlənilir ki, qlobal maye-kristal televizor satışları gələn ilin mart-aprel aylarında FİFA-2014 Dünya Futbol Kubokuna və Çin bazarında mayın əvvəlində bayram günlərində pik tələbat nəticəsində yenidən artacaq.

“Samsung Display” və “LG Display” şirkətlərinin hər birisi 2014-cü ildə maye-kristal televizorlar üçün 56 milyon panel təchiz edəcəklər, halbuki Tayvanın “Innolux” və “AU Optronics” şirkətləri  müvafiq olaraq 42 və 33 milyon ədəd təqdim edəcəklər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL