waplog

Fərdi kompüter monitorlarının tədarükü azalacaq


2013-cü ildə dünya bazarına ümumilikdə 158 milyon kompüter monitoru tədarük ediləcək. Bu barədə displey məhsullarının tədqiqində ixtisaslaşan “TrendForce” analitik şirkətinin “WitsView” bölməsinin proqnozlarında deyilir.

Qeyd olunan həcmin 15 milyonunu monoblok kompüterlər, 143 milyonunu ayrı-ayrı monitorlar təşkil edəcək. Qiymətləndirmə özünü doğrultsa, ötən illə müqayisədə tədarük həcmi ümumilikdə 5 faiz azalacaq.

Analitiklər güman edirlər ki, növbəti ildə də azalma tendensiyası qorunub saxlanılacaq. Tədarük həcminin 150 milyon ədəd (-5,1faiz) səviyyəsində olacağı gözlənilir ki, bunun da 134 milyon ədədini (-6,3 faiz) maye-kristal monitorlar, 16 milyon ədədini (+6,7 faiz) monoblok kompüterlər təşkil edəcək.

Ekspertlər həmçinin geniş baxış bucağına malik monitorların populyarlığının artmasına xüsusi diqqət yetirirlər. Proqnoza əsasən, cari ildə bu modellərin bazar payı cəmi 10 faiz olacaq, 2014-cü ildə onların bazara nüfuzetmə səviyyəsi 25-30 faizədək artacaq.

Bundan başqa, gələn il kompüter və monoblok monitor istehsalçılarının məhsullarında yüksək təsvir ölçüsünə malik panellərdən geniş istifadə ediləcəyi gözlənilir. Bununla onlar texniki xüsusiyyətləri yaxşılaşdırılan modellərin satış həcminin artırılmasına kömək edəcəyinə ümid edirlər, - “DailyComm.www.dailycomm.ru” yazır.  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL