“Microsoft”un həmtəsisçisi Pol Allen adasını satıb
“The Seattle Times” qəzetinin məlumatına görə, “Microsoft”un həmtəsisçisi Pol Allen, nəhayət ki, öz adasını 8 milyon dollara satıb.
Qeyd edək ki, milyonçu 2005-ci ildən onu satmağa çalışırdı. Əvvəlcə ada 25 milyon, 2009-cu ildə 13,5 milyon dollara satışa çıxarılıb, dekabrın 20-də isə 8 milyon dollara satılıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Allen Island” adası ABŞ Hərbi Dəniz Donanması qəhrəmanının şərəfinə adlandırılıb. O, ABŞ-ın şimal-qərb hissəsindəki Berrouz körfəzindən qərbdə yerləşib. Adaya yalnız şəxsi təyyarə, hidrotəyyarə və ya üzgüçülük aparatı ilə çatmaq olar.
Xatırladaq ki, Pol Allen bu adanı 1992-ci ildə satın alıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL