"Sony” və “Panasonic” birgə “OLED” texnologiyasının hazırlanmasını dayandırır
Yaponiyanın elektronika istehsalçıları "Sony” və “Panasonic” şirkətləri üzvi işıq diodları texnologiyasının (Organic Light Emitting Diode, OLED) hazırlanması ilə bağlı birgə işə son qoymalarını bəyan etməklə elektrik enerjisindən az istifadə edən, plazma və maye-kristal ekranları əvəz edə biləcək “OLED” televizorların kütləvi bazara çıxarılması çətinləşə bilər.
“Sony” və “Panasonic” “OLED” televizorlar bazarında fəaliyyət göstərən alyansı 2012-ci ilin yayında yaradıb. O zaman istehsalçılar birlikdə gələcək nəsil üzvi elektrolüminissent panel (ELD) və modullar yaratmaqla bağlı planlarını açıqlayıb. Əməkdaşlıq sayəsində şirkətlər yeni displey texnologiyalarının və istehsal xətlərinin qurulması ilə bağlı xərc və riskləri azaldacaqlarına ümid ediblər. İlyarım sonra “Sony” və “Panasonic” “OLED” məhsulların yaradılmasında tərəfdaşlıq əlaqələrini pozmaq qərarına gəlib. Lakin şirkətlər gələcəkdə “OLED” panellər üzərində birgə işi bərpa edə bilər.
Yaponiya istehsalçıları ultrayüksək təsvir ölçülü 56 düymlü “OLED” televizorların prototiplərini Las-Veqasda keçirilən “CES 2013” sərgisində nümayiş etdiriblər. Rəqib “Samsung” və “LG” şirkətləri artıq qiymətləri baha olan belə məhsulları bazarda satır. Analitiklərin fikrincə, istehsalçılar “OLED” televizorların qiymətinin aşağı salınması üzərində işi davam etdirsələr də, onların qiyməti maye-kristal modellərin qiymətinə 2016-cı ildən tez yaxınlaşmayacaq.
Hazırda ekran diaqonalı 55 düym təşkil edən “OLED” televizorların dəyəri təxminən 10 min dollar təşkil edir ki, bu da maye-kristal (LCD) panellər əsasında yaradılan analoji ölçülü televizorların qiymətindən təxminən səkkiz dəfə bahadır.
Dünyanın ilk “OLED” televizor istehsalçısı “Sony” şirkəti hesab edilir. Yaponiya şirkəti 11 düymlü “XEL-1” televizor modelini 2,5 min dollara 2007-ci ildə təqdim etsə də, kütləvi bazar üçün daha böyük qurğular yarada bilməyib.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodları işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - “DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL