waplog

“Huawei” və “Optus” dünyanın ilk "LTE TDD” şəbəkəsini istismara verib



“Huawei” şirkəti Avstraliyanın “Optus” operatorunun “LTE TDD” kommersiya şəbəkəsində sürəti 160 Mbit/saniyədən çox olan dünyanın ilk tezlik daşıyıcılarının birləşməsi texnologiyasının (Carrier Aggregation - CA) işə salınması üzrə tərəfdaşı rolunda çıxış edib.

Operatorun Melburndakı bir neçə “4G” şəbəkəsi obyektlərində qurulan texnologiya “CA” və “LTE TDD” şəbəkəsində 500 Mbit/saniyədən çox sürəti təmin edən digər ən yeni texnologiyaların ilkin inkişaf mərhələsini özündə birləşdirir.  
“CA” texnologiyası “Optus” şəbəkəsində iki 20 MHs tezlik daşıyıcısını 2300 MHs diapazon tezliyində birləşdirməyə imkan verəcək. Keçirilən ilkin sınaqlar bir qurğuda 160 Mbit/saniyədən çox sürətin mümkün olmasını nümayiş etdirib.  
 
Bundan başqa, “Huawei” və “Optus” tərəfindən Sent-Merins şəhərində “CA” texnologiyasının birgə sınaqları keçirilib. Sınaqlar çərçivəsində dörd 20 MHs tezlik daşıyıcısının 2300 MHs tezlik diapazonunda vahid 80 MHs tezlik resursunda birləşdirilməsi həyata keçirilib ki, bu da son nəticədə məlumatların 520 Mbit/saniyə sürətində simsiz ötürülməsinə imkan verib.  

2014-cü ildə “Huawei” bazara “CA” ilə uyğunluq təşkil edən (Cat-6 TD-LTE kimi tanınan) genişzolaqlı simsiz rabitə qurğularını çıxarmağı planlaşdırır.

Dünya miqyasında “LTE TDD” texnologiyası 61 operator tərəfindən kommersiya istifadəsinə verilib. Bu operatorların 12-si “LTE FDD” (ayrılmış tezlikli LTE) və “LTE TDD” (Optus daxil olmaqla) birləşməsindən istifadə edir, - yazır.   

Tezlik daşıyıcılarının birləşməsi texnologiyası yüksəksürətli genişzolaqlı xidmətlərin yeni səviyyədə inkişafını təmin edərək operatorlara tezlik resurslarını optimallaşdırmağa və məlumatların bir neçə daşıyıcı tezliyində ötürülməsi ilə sürəti xeyli artırmağa imkan verir, - “CNews www.cnews.ru” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL