waplog

Bu il Azərbaycanda elektron ödənişlərin həcmi 10 faiz artıb



Ölkədə nağdsız və elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən müasir ödəniş infrastrukturunun inkişafı daha geniş miqyas alıb. Cari ilin ötən dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilib, elektron ödənişlərin həcmi 10% artaraq ÜDM-in 2 mislini ötüb.

“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə  Mərkəzi Bankın 2013-cü ildəki fəaliyyətinə dair açıqlamasında deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, büdcəyə ödənişlərin real vaxt rejimində elektron əsasda aparılması üçün Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin bazasında yaradılmış Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş dövlət qurumlarının sayı əhəmiyyətli dərəcədə artıb. Kommunal xidmət haqları ilə yanaşı, dövlət ödənişlərinin də 1200-ə yaxın ödəniş məntəqələrində həm nağd, həm də internet və bankomatlar vasitəsilə nağdsız həyata keçirilməsi imkanı yaradılıb.

2013-cü ilin ötən dövründə kart infrastrukturunun inkişafı sürətlənib, ödəniş kartlarının sayı 5.5 mln. ədədə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayında 9%, bankomatların sayında 8%, POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmində isə 1.8 dəfə artım olub.

Ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi üçün cari ildə aidiyyəti dövlət qurumları ilə birgə təkliflər paketi hazırlanıb. Bu təkliflər nağdsız ödənişlər üçün stimulların artırılmasına yönəlib. Nağdsız ödənişlərin həcminin genişlənməsi bank sektorunun resurs bazasının və iqtisadiyyata kredit təklifinin artmasında, kredit resurslarının dəyərinin azalmasında və qeyri-neft sektorunda investisiya fəallığının güclənməsində strateji amillərdən biridir.

Cari ildə həmçinin nağd pulun səmərəli idarə edilməsi üçün Mərkəzi Bank tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin (“Cash Center”) yaradılması layihəsinin icrasını davam etdirib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL