waplog

İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi təsdiqlənib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi təsdiq olunub. Bu barədə qərar dekabrın 25-də AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.
 
AMEA Rəyasət  Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şura bu il noyabrın 6-da yaradılıb və Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərir.  
 
Əsasnaməyə əsasən, qurum innovasiya sahəsində yerli və beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək, innovativ layihələrin elmi ekspertizasının keçirilməsini təşkil etmək, elmi-texniki nailiyyətlərin tətbiqində iştirakçı olmaq və digər vəzifələr daşıyır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL