waplog

Yeni super material insan gücünü min dəfə artırmağa kömək edəcək



ABŞ Energetika Nazirliyi nəzdində fəaliyyət göstərən "Berkli Laboratoriyası"nın nümayəndələri süni əzələlərin yaradılması üçün istifadə oluna biləcək yeni material haqqında məlumat veriblər. Söhbət elektron sənayesində geniş tətbiq olunan oksid vanadium materialından gedir. 
  
Bu material maraqlı xüsusiyyətlərə malikdir. Belə ki, onun elektrik keçiriciliyi temperaturun təsiri nəticəsində dəyişir. Selsi üzrə 67 dərəcə temperaturda oksid vanadiumun kristal torları hərəkətə gəlir və elektronlar metal üzrə sərbəst hərəkət edir. Bu hərəkət oksid vanadiumdan ibarət obyektin fiziki formasının ciddi şəkildə dəyişməsi ilə baş verir. O da qeyd olunmalıdır ki, bu deformasiya çox sürətli olur. Alimlər milyonlarca belə kiçiltmə silsiləsini modelləşdirərək nəticədə materialın xarab olmamasının şahidi olublar.   

Oksid vanadiumun süni əzələlərdə tətbiqinə gəldikdə, material həqiqətən perspektivə malikdir. Belə ki, ayrı-ayrı hissələri dəqiqliklə isidərək əzələlər qrupunun azalmasını imitasiya etmək olar. Bu halda material milyonlarca kiçiltmə silsiləsinə dözür, temperaturun təsiri isə minimuma enir, habelə oksid vanadiumdan hazırlanan əzələlər insan əzələsindən daha güclü olur.     

Beləliklə, süni liflər əzələləri əvəz edə və həmin prinsip üzrə işləyə bilər. Lakin bunların hamısı hələlik yalnız nəzəri baxımdan mümkündür və ideyanı hələ ki heç kim həyata keçirməyə nail olmayıb, - "3DNews www.3dnews.ru" yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL