DSK-nın nümayəndələri statistik məlumat bazası ilə bağlı Türkiyədə keçirilən təlim kursunda iştirak edib
Türkiyənin Ankara şəhərində “Statistik məlumat bazasının layihələndirilməsi və təsvir vasitələrinin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təlim kursunda Azərbaycan, Əfqanıstan, Banqladeş, Qambiya, İraq, Küveyt, Qırğızıstan, Malayziya, Niger, Oman, Pakistan, Fələstin, Qatar, Seneqal, Turkiyə və Yəmən də daxil olmaqla, İslam Əməkdaşlıq Təşkilatı Statistika Komissiyasının 16 üzv ölkəsindən gələn 30 mütəxəssis və İslam İnkişaf Bankının nümayəndəsi iştirak edib. Təlim kursunda Azərbaycanı Dövlət Statistika Komitəsinin nümayəndələri təmsil ediblər.
Təlim kursunun təşkilində texniki dəstək: məruzəçilərin təmin edilməsi, kursun təşkili və digər məsələlərlə bağlı təchizat İslam ölkələri üçün Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin (SESRIC) əməkdaşları tərəfindən göstərilib.
Təlim kursunun keçirilməsində əsas məqsəd, informasiya texnologiyaları infrastrukturu çərçivəsində məlumatların təsvir alətlərinin inkişafında statistik məlumat bazalarının layihələndirilməsi prinsipləri baxımından “SESRIC”-in dinamik qrafiklərinin (SESRIC Motion Chart) (SMC) statistika təşkilatlarında istifadəsi və təkmilləşdirilməsi yollarının təqdimatı, son nailiyyətlərin öyrənilməsi, müzakirəsi və məlumat istifadəçilərinin rahatlığının təmin edilməsi üçün müxtəlif proqramlaşdırma dillərindən və genis istifadə olunan metodlardan istifadəyə diqqəti cəlb etmək olub.
Təlimdə İslam ölkələri üçün Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin (SESRIC) statistika sahəsindəki fəaliyyəti haqqında qısa məlumat verilib və bu sahədə İslam ölkələri milli statistika orqanları ilə daima əməkdaşlıq etməyə hazır olduqları xüsusi qeyd edilib. “SESRIC”-in statistika sahəsindəki fəaliyyətinin əsas hissələrindən biri kimi informasiya texnologiyaları sahəsində “Open Sources” məhsullarının istifadəsinin zəruriliyi xüsusi vurğulanıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL