Dünyanın yarımşəffaf ekranla təchiz edilmiş ilk planşeti təqdim edilib
Planşet istehsalçıları öz məhsullarına istifadəçilərin diqqətini müxtəlif yollarla cəlb etməyə çalışırlar: hansısa şirkət tutumlu batareya və ya yüksək təsvir ölçülü ekranla, digəri 8 nüvəli prosessor və nazik korpusla. İstehsalçıların iddiasına əsasən, “Grippity” planşeti dünyanın ilk şəffaf planşetidir.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, yarımşəffaf ekranın diaqonalı 7 düym və təsvir ölçüsü 800x480 nöqtə təşkil edir. İkitərəfli sensor daxil etmə sistemi sözügedən planşetin daha bir xüsusiyyətidir. Başqa sözlə, planşet arxa və ön tərəfi sensor panellərlə təchiz edilib.
Planşet “Cortex-A8” prosessoru, 4 QB daxili fləş yaddaş, SD kartları üçün slot, “Wi-Fi” və “Bluetooth” simsiz rabitə modulları, həmçinin məişət texnikasını idarə etmək üçün infra-qırmızı ötürücü aparatla təchiz edilib. Cihaza “Android 4.2” versiyası quraşdırılıb, daha sonra 4.4 versiyası ilə yenilənəcək.
“Grippity” planşetinin kütləvi istehsalı üçün istehsalçılara 200 min dollar lazımdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL