waplog

“Sürücülüyə yararlı olmaq barədə” tibbi arayışın elektron registri yaradılıb


Səhiyyə müəssisələrində yeni elektron xidmətlərin tətbiq edilməsi prosesinin davamı olaraq "Sürücülüyə yararlı olmaq barədə" forma AZS-83 saylı tibbi arayışın elektron registri" yaradılıb.
 
Səhiyyə Nazirliyindən bildirilib ki, registr "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" üzrə "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaradılıb.
 
Sözügedən tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi 1 yanvar 2014 tarixindən etibarən "Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi"dən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək. Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması, təlimlərin müvafiq tibbi heyətə keçilməsi və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL