waplog

Yanvarın 1-dən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün” tibbi arayışları elektron formada almaq olacaq


“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün” tibbi arayışın ambulator tibb xidmət göstərən səhiyyə müəssisələrində tətbiqi 01 yanvar 2014 tarixindən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”ndən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək.
 
Bu barədə Səhiyyə Nazirliyindən (SN) məlumat verilib. Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün” Forma AZS-86/1 saylı tibbi arayışın elektron registri” tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə, eyni zamanda  yeni elektron xidmətlərin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” üzrə “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaradılıb.
 
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması, təlimlərin müvafiq tibbi heyətə keçilməsi və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL