Alimlər “Santa Klaus”un hədiyyə paylama sürətini hesablayıblar
Alimlər Santa Klausun bir hədiyyənin çatdırılmasına nə qədər vaxt sərf etdiyini hesablayıblar. Onların hesablamalarına əsasən, dünyada 378 milyon uşaq var və bir evdə orta hesabla 3,5 uşaq yaşayır ki, bu da 91,8 milyon hədiyyənin çatdırılmasına bərabərdir.
Santa Klaus bütün hədiyyələri 34,2 saat ərzində paylamalıdır. Belə ki, Fici adasında günəşin batması və ABŞ-ın Samoa adasında qalxması arasında vaxt bir sutkadan çox olur. Beləliklə, Santa Klaus saniyədə 745,6 dəfə dayanmalı və səs sürəti ilə hərəkət etməlidir.
Yer kürəsi səthinin 71 faizi sudan ibarətdir, quru regionların əksəriyyətində isə yaşayış yoxdur. İnsanların yaşadığı zonaların ümumi ərazisi 1 479 290 км2 təşkil edir. Hər saniyədə Santa Klaus və onun maralları 12,01 км2 radiusunda yerləşən bütün evlərdə olmalıdır. Ev tək olanda, sürətin 2236 km/saat olması tələb olunur, - "Onliner www.onliner.by" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL