Regional ədliyyə şöbəsinin yeni tikilmiş inzibati binasında müasir İKT infrastrukturu qurulub
İmişli regional ədliyyə şöbəsinin yeni tikilmiş müasir inzibati binası istifadəyə verilib.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2012-ci ilin avqust ayında inşasına başlanılmış İmişli regional ədliyyə şöbəsinin yeni binası Avropa İttifaqı ilə birgə həyata keçirilən “Ədliyyə sahəsində islahatlara dəstək” proqramı çərçivəsində ərsəyə gəlib.
Ümumi sahəsi 1.000 kvadratmetr olan dörd mərtəbədən ibarət yeni inzibati bina müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təchiz olunub, o cümlədən elektron sənəd dövriyyəsi, audio və videokonfrans sistemləri, prezentasiya üçün avadanlıq quraşdırılıb. Həmçinin, təhlükəsizlik, elektrik və su təchizatı üçün zəruri infrastruktur yaradılıb.
Qeyd edək ki, binada İmişli regional ədliyyə, rayon icra və qeydiyyat şöbələri fəaliyyət göstərəcək. Burada həmçinin, təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL