ADİU-da imtahanların kompüterləşmiş test üsulu ilə keçirilməsi üçün müasir İKT infrastrukturu yaradılıb
Azərbaycan Dövlət İqtisad Universitetində 2013/2014 tədris ilinin qış imtahan sessiyası 2013-cü ilin 29 dekabr tarixindən 2014-cü ilin 3 fevral tarixinədək keçiriləcək.
“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə ADİU-nun 2013/2014 tədris ilinin qış imtahan sessiyası haqqında məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, ADİU-nun bütün fakültələrinin əyani şöbəsinin I-IV kurslarında təhsil alan 11465 tələbəsi kompüterləşdirilmiş test üsulu ilə 363 fənn üzrə imtahan verəcək.
Bunun üçün universitetdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş müvafiq infrastruktur yaradılıb. ADİU-nun 3 tədris binasında 5 imtahan zalı hazırlanıb və vahid şəbəkəyə birləşdirilərək 485 ədəd kompüter quraşdırılıb. Universitetdə imtahan sessiyasına qədər semestr ərzində bütün kurslar üzrə kompüter vasitəsilə 3 dəfə kollokvium keçirilib. Semestr ərzində və qış imtahan sessiyası zamanı toplanılmış ballar tələbələrə yekun qiymət kimi real zaman rejimində kompüter vasitəsilə bildiriləcək. Bu da imtahanların tam obyektiv və şəffaf keçirilməsinə şərait yaradır.
Məlumat üçün bildirək ki, ADİU-da kompüterləşdirilmiş test imtahanlarının müvəffəqiyyətlə həyata keçirilməsi Virtual Universitet layihəsinin uğurla reallaşdırılması sayəsində mümkün olub. Belə ki, Virtual Universitetin bazasında universitetdə tədris olunan bütün fənlər üzrə tədris materialları – mühazirə mətnləri, dərsliklər, imtahan-test sualları tərtib edilərək yerləşdirilib. Bütövlükdə test bankında üç dildə 700 mindən çox test şəklində suallar toplanıb.
Qeyd edək ki, bunlarla yanaşı, ADİU-da semestr ərzində tələbələrin davamiyyəti, sərbəst işləri, seminarlarda cavabı və kompüter vasitəsilə verilən kollokviumlar üzrə yığdığı balları əks etdirən elektron jurnal sistemi tətbiq olunur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL