waplog

“Chromebook” qurğularına tələbat artır


Bayramqabağı satış mövsümündə “Chromebook” qurğuları “Amazon” internet mağazasında populyar olub. "Noutbuk" kateqoriyasında satışların həcminə görə “Chrome OS”  qurğuları birinci yerdə qərarlaşıb.

“Amazon” internet-mağazasının nümayəndələri qeyd edib ki, “Samsung Chromebook”, “ASUS Transformer Book” və “Acer Chromebook” ən çox satılan modellər olublar. “Samsung Chromebook” noutbukunun qiyməti 192 dollar, “Acer Chromebook”da isə 199 dollar təşkil edir.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Chromebook” qurğularına yüksək tələbat onların qiyməti ilə izah olunur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL