waplog

“Apple”ın baş direktoru 2013-cü ildə 4,25 milyon dollar qazanıb


ABŞ-ın “Apple” şirkətinin baş direktoru Tim Kuka 2013-cü il ərzində edilən ödənişlərin məbləği 4,25 milyon dollar təşkil edib. Bu barədə “Apple” tərəfindən ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim edilən sənədlərdə deyilir.

T.Kukun gəlirlərinə 1,4 milyon dollar məbləğində əməkhaqqının baza hissəsi və 2,8 milyon dollar məbləğində bonus daxildir. 2012-ci ildə baş direktor 4,2 milyon dollar qazanıb.

Şirkətin sənədlərində “Apple” top-menecerliyinin hər rəhbərinə ödənilmiş 2,6 milyon dollar məbləğində kompensasiya da öz əksini tapıb.

Yuxarıda göstərilən sənədlərdən, həmçinin şirkətin səhmdarlarının illik iclasının fevralın 28-də keçirilməsi məlum olub. İclas çərçivəsində səhmdarlar investor Karl İkanın 2014-cü ildə səhmlərin alışı üzrə proqramın həcminin 50 milyard dollaradək artırılması ilə bağlı təklifini müzakirə edəcəklər.

2012-ci ilin noyabrında “Apple” 2015-ci ilin dekabrınadək səhmdarlara 3 illik müddətə nəzərdə tutulan kapitalın qaytarılması proqramını elan edib. 2013-cü ilin aprelində proqramın həcmi iki dəfədən çox – ilkin 45 milyard dollardan 100 milyard dollaradək artırılıb. Proqrama həm səhmlərin geri alınması, həm də dividendlərin ödənilməsi daxildir, - "Digit www.digit.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL