“Mobillik qrantı” müsabiqəsinin nəticələri elan edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra - Elmin İnkişafı Fondu) Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə Elmin İnkişafı Fondunun xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü ildə keçirilmiş "Mobillik qrantı" müsabiqəsinin (EİF-Mob-3-2013-6(12)) nəticələrini elan edib.
Qeyd edək ki, Elmin İnkişafı Fondu 2013-cü il üçün 3-cü "Mobillik qrantı" müsabiqəsinin keçirilməsi haqqında qərarını 2 sentyabr 2013-cü il tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş və qrant layihələrinin qəbulu üçün müddəti 2013-cü il 3 sentyabr - 4 oktyabr tarixlərini müəyyənləşdirib. Bu müddət ərzində Fondun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirib.
Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə 20 layihə daxil olub. 2013-cü il 18 oktyabr - 18 noyabr tarixlərini əhatə edən müddətdə müsabiqəyə daxil olan layihələrin ekspertizası işi təşkil olunub, müsabiqə qaydaları və tələblərinə cavab verməyən 2 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 18 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunub layihələrin səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını ekspertiza qaydalarına uyğun olaraq qiymətləndirib, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün arayışlar hazırlayıb.
Bundan başqa, Elmin İnkişafı Fondunun icraçı direksiyasının, daimi və müstəqil elmi ekspertlərin hər bir layihə üzrə hazırladığı və müvafiq məlumatların daxil olduğu yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurası tərəfindən baxılmış, layihələr müzakirə olunub, yekun qəbul edilmiş və Himayədarlar Şurasının 2013-cü il 27 dekabr tarixli protokolu ilə təsdiq edilib. 2013-cü il üçün 3-cü "Mobillik qrantı" müsabiqəsi üzrə 14 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun 2013-cü il 28 dekabr tarixli Qərarı ilə təsdiq olunub. Qaliblərin siyahısı ilə bu linkdə http://sdf.gov.az/qrant/eif_2013_12_qalibler_Mob-3.pdf taniş ola bilərsiniz.
Müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 95 500 manat olub.
Məlumat üçün bildirək ki, bu elan verildikdən sonra müəyyənləşdirilən müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL