waplog

2014-cü ildə İT xərclərinin həcmi 1,06 trilyon dollar təşkil edəcək


ABŞ "The Consumer Electronics Association" (CEA) assosiasiyasının qiymətləndirməsinə görə, bu il qlobal İT xərclərinin həcmi 2013-cü illə müqayisədə 1% azalaraq 1,06 trilyon dollar olacaq. Çin və Hindistan kimi böyük bazarlarda smartfon və planşetlərin pərakəndə qiymətlərinin aşağı düşməsi azalmaya səbəb kimi göstərilir. 2013-cü ildə xərclərin həcmi 1,07 trilyon dollar olub.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, CEA nəzdində analiz üzrə direktor Stiv Koninq deyib ki, Las-Veqasda keçiriləcək "Consumer Electronics Show 2014" konfransının açılışında ətraflı hesabat dərc ediləcək. Onun sözlərinə görə, 2014-cü ildə İT sahəsinə xərclənəcək hər bir dolların 43 senti smartfon və planşetlərin payına düşəcək. Eyni zamanda bu il smartfonun orta qiyməti 297 dollar olacaq, halbuki 2010-cu ildə bu göstərici 444 dollar təşkil edib.

"CEA"-nın hesablamasına əsasən, 2013-cü ildə dünyada 1,01 milyard smartfon satılıb, lakin yenicə qədəm qoyduğumuz ildə bu göstərici artaraq 1,21 milyard olacaq.

"CEA"-nın hesabatına əsasən, 2014-cü ildə smartfon və planşetlər dünyada İT sahəsinə sərf olunmuş xərclərin əsas drayveri olaraq qalacaq. Digər tərəfdən, daşınan elektronika (məsələn, smart eynək, smart saat və sairə) kimi yeni məhsul kateqoriyalarının satış həcmi artacaq. Məsələn, 2014-cü ildə smart saatların satış həcminin 1,5 milyon olacağı gözlənilir. Həmçinin ultra yüksək təsvir ölçülü televizor kateqoriyasında artım gözlənilir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL