Las-Veqasda illik “CES” sərgisi işə başlayır
Yanvarın 7-də ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri hesab edilən “Consumer Electronics Show 2014” (CES) sərgisi start götürür.
Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası (CEA) çıxış edir.
Dünyanın aparıcı yüksək texnologiyalar şirkətləri sərgidən ənənəvi olaraq kompüter və məişət texnikasının, eləcə də mobil elektronikanın daha maraqlı yeniliklərinin nümayişi üçün istifadə edirlər.
“CES 2014”-də ekspozisiyalar üç əsas zalda və açıq meydançada yerləşdirilib. “North Hall” zalı iştirakçıları avtomobil elektronikası, ev texnikası, sağlamlıq vəziyyətinə və idmanla məşğul olmaya nəzarət sistemləri və aksesuarlarla tanış edir. “South Hall” rəqəmli təsvirin emalı, internet-texnologiyalar bazasında multimedialar, telekommunikasiya qurğuları, ev, oyunlar və simsiz həllərin vahid şəkildə idarə olunması sistemləri üçün geniş seçimli müxtəlif avadanlıqlar təklif edir, eləcə də biometriya, robotların yaradılması və nanoişləmələr sahəsində nailiyyətləri nümayiş etdirir. Bundan başqa, sərgidə qurğuların ehtiyat hissələrinə və digər innovasiyalara həsr olunan stendlər görmək mümkündür. Mərkəzi zalda kontentin ötürülməsi və yaradılması vasitələri, əyləncə, audio və videotəchizat elektronikası, o cümlədən portativ qurğular yer alıb.
“CES 2014” sərgisinin nəzərəçarpacaq elementlərindən biri “CES TechZones” 20 tematik bölməsidir. Bu, öz-özlüyündə bir çox ideyaları özündə birləşdirən “texnoloji inkubatorlar”dır. Sözügedən texnologiyalar əsas ekspozisiyaların yaxınlığında yerləşir və hər bir kateqoriya üzrə yeniliklər nümayiş etdirir.
Sərgidə ayrıca zalla “Apple” (iLounge), “ZigBee”, “Qualcomm”, “MEMS”, “G.hn” şirkətlərinin məhsulları, eləcə də analar (MommyTech) və uşaqlar (Kids@Play) üçün nəzərdə tutulan mallar təqdim olunacaq. Bununla yanaşı, meydançanın bir hissəsi ekoloji həyat tərzi və maşınların təhlükəsiz idarə olunması mövzularına həsr ediləcək.
Sərginin bir seqmenti də mobil əlavələrə həsr olunub. Belə ki, daha perspektivli əlavələr müsabiqənin finalına çıxaraq xüsusi mükafatlara layiq görüləcək.
Qeyd olunanlarla yanaşı, sərgi çərçivəsində tanınmış ekspertlərin və dünya brendlərinin nümayəndələrinin iştirakı ilə rəngarəng konfrans proqramları planlaşdırılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL