waplog

“Nvidia” şirkəti yeni platforma təqdim edib


“Nvidia” şirkəti yanvarın 7-də Las-Veqasda başlayacaq “CES” sərgisi ərəfəsində mobil qurğular üçün yeni hesablama platformasını – “Tegra K1” elan edib. O, 2013-cü ilin yanvarında təqdim edilmiş “Tegra 4” platformasını əvəz edəcək.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Tegra K1” platformasının xüsusiyyəti 192 “CUDA” qrafik nüvəsindən ibarət olmasıdır. “Tegra 4” platformasında videosürətləndirici 72 nüvədən ibarət olub. Yeni çipdə Kepler arxitekturasından istifadə olunub.

“Nvidia” şirkəti iddia edir ki, “Tegra K1” çipi qrafikanın sürətinə görə “Xbox” və “Playstation 3” oyun konsollarını üstələyir və yeni nəsil oyun konsollarında olduğu kimi eyni qrafik funksiyaları təmin edir.
Çip iki variantda çıxarılacaq. Birinci, 32 bit 2.3 QHs-dək takt tezliyində işləyən dörd ədəd “Cortex A15” prosessor nüvəsinə malik olacaq. İkinci, 64 bit isə “Nvidia” tərəfindən layihələşdirilmiş “ARMv8” arxitekturasına əsaslanan nüvə ilə təchiz ediləcək. Onun maksimal takt tezliyi 2.5 QHs olacaq.
“Tegra K1” çipinin 32 bit variantı 2014-cü ilin birinci yarısında, 64 bit variantı isə ikinci yarısında çıxarılacaq.

“Nvidia” şirkətinin nümayəndələri deyiblər ki, yeni prosessoru yalnız smartfon və planşetlərdə deyil, həmçinin başqa qurğularda, məsələn, televizor və oyun konsollarında istifadə etmək mümkündür. Bundan başqa, avtomobil sistemləri üçün “Tegra K1 VCM” versiyası çıxarılacaq.

Qeyd edək ki, 64 bit prosessor artıq 2013-cü ilin sentyabrında buraxılmış “iPhone 5S” smartfonunda istifadə edilir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL