waplog

“Intel” şirkəti “SD” kartı ölçüsündə kompüter təqdim edib



Masaüstü kompüterlər üçün dünyanın nəhəng prosessor istehsalçısı "Intel" şirkəti ən miniatür həllərindən biri hesab edilən "Edison" kompüterini nümayiş etdirib. Kompüter "SD" kart yaddaşı ölçüsündə hazırlanmaqla ikinüvəli prosessordan ibarətdir.

Kompüterin təqdimatını Las-Veqasda keçirilən "CES 2014" sərgisində edən şirkətin baş direktoru Brayan Krjaniçin sözlərinə görə, məhsuldarlığına görə "Pentium" prosessoruna malik sistemlər ilə rəqabət apara biləcək "Edison" kompüteri "Linux" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.  
"Edison" 32 nanometrlik texnoloji proses üzrə hazırlanan "Quark X1000" çipi əsasında ərsəyə gətirilib və 400 MHs takt tezlikli ikinüvəli prosessora malikdir. Bundan başqa, qurğu  "Bluetooth" və "Wi-Fi" modulları ilə təchiz olunub.  

Qurğu əsasən taxılan elektronika və "Əşyalar interneti" sahələrində tətbiq oluna bilər. "Intel" nümayəndələri tərtibatçıların mikrokompüter üçün müxtəlif əlavələr (məsələn, məişət texnikasının idarə edilməsi üçün) yaradacaqlarına ümid edirlər, - "Vesti www.vesti.ru" yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL