waplog

İkinci nəsil “Pebble” smart saatları nümayiş etdirilib



“Pebble Technology” şirkəti “CES” sərgisinin açılışı ərəfəsində mətbuat konfransında “Pebble” smart saatlarının ikinci nəslini təqdim edib. Qurğu “Pebble Steel” adlanır.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, plastik materialdan hazırlanmış birinci modeldən fərqli olaraq, yeni nəsil smart saatların korpusu paslanmayan poladdan işlənib və metal kəmərlə təchiz edilib.

Qurğunun ekranı əvvəlki kimi qalacaq: bu, monoxrom maye kristal ekrandır. Ekranda göstərilən təsvir elektron mürəkkəb texnologiyasına əsaslanan ekranların əks etdirdiyi təsviri xatırladır. Yeni nəsil smart saatlarda avtonom iş vaxtı dəyişməyib: istifadə rejimindən asılı olaraq 5-7 gün ola bilər.

Saatların displeyi “Gorilla Glass” qoruyucu ekranı ilə təchiz olunub. “Pebble Steel” smart saatlarında dörd idarəetmə düyməsi var: düymələrdən üçü sağ yuxarı küncdə, biri isə solda yerləşir. Saatlar beş atmosfer su təzyiqinə davamlıdır.

Yeni nəsil smart saatlara birinci nəsil saatlar üçün yazılmış proqramları quraşdırmaq mümkündür.
Yeni nəsil saatların qiyməti 249 dollardır, yəni birinci nəsillə müqayisədə 100 dollar bahadır. Onları xüsusi saytda ilkin sifariş etmək mümkündür. Yanvarın 28-dən qurğuların sifarişlərinə başlanılacaq. Smart saatlar gümüşü və qara rəngli korpuslarda əlçatan olacaq.

Birinci nəsil “Pebble” smart saatları 2013-cü ildə çıxarılıb. Saatlar “Android” və “iOS” platformasında işləyən smartfon və planşetlərə “Bluetooth” modulu ilə qoşulurlar və ekranda bildiriş əks etdirir.
Hazırda təxminən 300 min sözügedən saat satılıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL