waplog

“Yatma, Yazış”


Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell şirkəti müştərilərinə növbəti yay sürprizini təqdim edir. Bu xəbər SMS sevərləri xüsusilə sevindirəcək. Dostlarınızla əlaqə saxlamaq üçün heç də həmişə kompüter qarşısında oturmağa və ya zəng etməyə ehtiyac yoxdur! Bakcell-in yeni “Yatma, Yazış” kampaniyası sizə bolluca SMS göndərməklə yaxınlarınızla ünsiyyətdə qalmaq imkanını verir. Sadəcə, mobil telefonunuzu götürün və SMS ünsiyyətinə başlayın.
Bu xidmətdən yalnız CIN abunəçiləri faydalana bilərlər. Avqustun 15-dən - sentyabrın 15-ə qədər Bakcell-in bütün CIN abunəçiləri gün ərzində sadəcə 9 qəpik ödəməklə 100 PULSUZ şəbəkədaxili SMS əldə edə bilərlər. SMS-lər qeyri-pik saatlarında, yəni gecə saat 00:00-dan səhər saat 08:00-ə qədər “Sevimli nömrələr” və QoşaCIN dən QoşaCINə daxil olmaqla, bütün Bakcell nömrələrinə göndərilə bilər. Kampaniyaya qoşulmaq üçün CIN abunəçiləri öz telefonlarından *910#1#YES nömrəsini yığaraq bir ay ərzində bütün Bakcell nömrələrinə gecə saat 00:00-dan səhər saat 08:00-ə qədər PULSUZ SMS ismarıclarını göndərə biləcəklər. Bir gecə ərzində 100 SMS-lik paket bitərsə, abunəçi *910#1#YES nömrəsini yığaraq növbəti SMS paket əldə edə bilər.
Bonus SMS-ləri olan və 30, 65 və 100 SMS paketlərindən istifadə edən abunəçilər, eyni zamanda “Yatma, Yazış” kampaniyasına qoşularaq öz yaxınlarına daha çox SMS göndərə bilərlər. Bu abunəçilər üçün gecə saat 00-dan səhər saat 8:00-dək göndərilən SMS-lər ilkin olaraq 100 SMS-lik paketdən çıxılacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL