Qaz təchizatı sistemi yeni texnologiya əsasında modernləşdirilir
“Azəriqaz” QSC-də qaz təminatının yaxşılaşdırılması, şəbəkənin yenidən qurulması ilə yanaşı, müasir texnologiyaların tətbiqi sahəsində xeyli uğurlara nail olunub.
Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilən idarəetmə sisteminin (dispetçer) yaradılması işləri ilə əlaqədar ayrı- ayrı rayonların ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin “ArcGis” proqram təminatında elektron məlumatlar bazası yaradılıb.
Tətbiq olunan bu sistem vasitəsilə hər bir rayon üzrə elektron xəritə yaradılıb. Artıq regionlar üzrə də uyğun tədbirlər həyata keçirilir. Bununla da ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri müasir elektron ölçmə cihazları vasitəsilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə coğrafi məkan məlumatları ilə əlaqəli analizlərin aparılması mümkün olur.
Qeyd edək ki, “Azərqaz”QSC Dövlət Neft Şirkətinin tabeçiliyinə verildikdən sonra ən yeni texnologiyaların tətbiqi ilə müasir şəbəkə yaratmaqla ən qısa vaxt ərzində bütün yaşayış məntəqələrinin qazlaşdırılmasını hədəf götürüb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL