waplog

“Huawei” şirkəti yeni smartfonunu təqdim edib


“Huawei” şirkəti “CES 2014” sərgisində “LTE” şəbəkələrini dəstəkləyən “Ascend Mate 2” smartfonunu təqdim edib. Qurğu 1280x720 nöqtə (241 ppi) təsvir ölçülü 6,1 düymlük IPS ekran, 1.6 QHs takt tezlikli “Snapdragon 400” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla (microSD kartının köməyi ilə 64 qiqabayta qədər artırmaq olar) təchiz edilib.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, smartfonun “Sony” (f/2.0, linzalar 28 millimetr) sensoru ilə təchiz edilmiş 13 meqapiksellik əsas kamerası videonu 1080p təsvir ölçüsündə çəkə bilər. Smartfonun ön kamerası 5 meqapikseldir.

“Ascend Mate 2” smartfonu “3G”, “LTE” və ya “Wi-Fi 802.11 a/b/g/n” şəbəkələri vasitəsilə internetə qoşula bilər. “Bluetooth 4.0” modulu, 3,5 millimetr qulaqlıq, həmçinin microUSB portu var. Smartfonda sensor dəsti standartdır və akselerometr, jiroskop, kompas, həmçinin yaxınlaşdırma və işıqlandırma sensorlarından ibarətdir. “Ascend Mate 2” smartfonunda naviqasiyanı GPS/QLONASS modulu təmin edir.
Yeni smartfonun ölçüləri 161x84,9x9,5 mm, çəkisi 202 qram təşkil edir. Daxili akkumulyatorun tutumu 4050 milliamper/saat təşkil edir.

“Ascend Mate 2” smartfonu “Android 4.3” platforması ilə işləyir. Smartfonun qiyməti hələ ki açıqlanmayıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL