waplog

Bu il aparıcı smartfon modellərinin zəif satış həcmi bazara mənfi təsir edib



“LG”, “HTC” və “Huawei” şirkətlərinin məhsulları daxil olmaqla aparıcı satıcıların smartfon modellərinin satış həcmlərinin aşağı səviyyəsi 2014-cü ildə bazarda önəmli dəyişikliklərə gətirib çıxara bilər.

“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, , “HTC” şirkətinin “HTC One” smartfonu beynəlxalq tədbirlərdə bir neçə mükafat almasına baxmayaraq, modelin satışları 2013-cü ilin mart ayında çıxışından bu günədək çox aşağı səviyyədə olub, bu da  istehsalçı şirkətin ümumi göstəricilərinə, üçüncü rübdəki itkilər daxil olmaqla, mənfi təsir göstərir.

Ötən il ilkin mərhələdə “LG” şirkəti 10 milyon aparıcı “Optimus G2” smartfonu satmaq niyyətində olduğunu bildirib, lakin qlobal satışlar bu günədək 2 milyondan bir az çox olub. “G2”-nin satışa buraxılması “Nexus 5”-dən bir az sonra baş verib, bu da “LG”-nin flaqman modelinin satış templərinə təsir göstərib.
 

“Huawei” hazırda cəmi 3 milyon “Ascend P6” smartfonunu bazara təqdim edib, bu da məqsəddən 10 milyon ədəd azdır. Bunun səbəbi qlobal səviyyədə brendin kiçik imici və marketinq üzrə yetərincə səyin göstərilməməsindədir.

Rabitə operatorları və abunəçilər tərəfindən smartfonların alışlarının daha məşhur brendlərin təklif etdikləri qurğular üzrə mərkəzləşdirilməsi aparıcı modellərin satışına 2014-cü ildə təsir göstərəcək. 

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL