waplog

Azərbaycanın yarımkeçiricilərin elektron quruluşunun təməl prinsipindən hesablanması təcrübəsi İspaniyada təqdim ediləcək


Yanvarın 10-da İspaniyanın Tenerif adasında elektrofizika sahəsinə həsr olunmuş konfrans keçiriləcək. Azərbaycanın da qatıldığı konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun Beynəlxalq  layihələr və informasiya şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Mətanət Mehrabova təmsil edəcək.
 
 
İnstitutdan bildirilib ki, M.Mehrabovanın konfransda təqdim edəcəyi  məruzələrin mövzusu bərk cisimlər fizikası və radiasiya fizikası sahələrini əhatə edir. Belə ki, konfransda M.Mehrabovanın “CdMnTe epitaksial təbəqələrinin elektrofiziki və optik xassələri” adlı plenar məruzəsi və “CdMnTe yarımmaqnit yarımkeçiricilərinin elektron quruluşunun təməl prinsipindən hesablanması”, “Cd MnTe bərk məhlullarının nazik təbəqələri” adlı 2 seksiya çıxışı olacaq. Üç gün davam edəcək tədbirdə tədqiqatçı əlavə olaraq “Sistemlərin nəzəriyyəsi, materialşünaslıq” seksiyasına da rəhbərlik edəcək.
 
 
Qeyd edək ki, ezamiyyət Ukrayna Elmi Texnoloji Mərkəzi tərəfindən maliyyələşdirilir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL