Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin uçotu elektron qaydada aparılacaq
Vergilər Nazirliyi bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verib.
Adıçəkilən nazirliyin yaydığı məlumata görə, 2014-cü ildə Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə pilot layihə həyata keçiriləcək.
Layihə çərçivəsində üç ay müddətində Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrinin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı seminarların keçirilməsi planlaşdırılır. Bundan əlavə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqinə texniki yardım göstərilməsi üçün mövcud mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də nəzərdə tutulur.
Bundan əlavə, ərazi vergi orqanlarının rəhbərlərinə Vergilər Nazirliyinin Tədris Mərkəzində treninq keçmiş təlimçilər tərəfindən (Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələri istisna olmaqla) bələdiyyələrin vergi xidməti orqanlarının əməkdaşları üçün elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı müvafiq seminarların keçirilməsini təmin etmək tapşırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL