waplog

Azərbaycanda rəqəmsal televiziya üçün dekoderlərin buraxılışına başlanılıb


KÜR kompyuter texnikası istehsalı zavodu 17-ci Azərbaycan telekommunikasiya sərgisi "BakuTel -2011" çərçivəsində Prestije brendi altında rəqəmsal televiziya üçün DVB-T dekoderlərinin iki yeni modelini nümayiş etdirir. Bu barədə KÜR zavodundan bildiriblər.
Zavod artıq sınaq variantında onlarla dekoder buraxıb. Bazarın tələbatının qiymətləndirilməsindən sonra qurğuların istehsalının başlanılması gözlənilir. KÜR artıq daxili bazarda bu qurğuların ilk partiyasının satışına başlayıb. Hazırda KÜR dekoderlərinin konveyer istehsalının başlanması üzrə istehsalat prosesini mənimsəyir. Konveyerə daxil olduqdan sonra bu qurğular müxtəlif modellər üzrə təsnifləşdiriləcək. Zavodun müəssisələrində avadanlıqların seriyalarla istehsalı onların qiymətinin xeyli aşağı düşməsinə imkan verəcək və onları əhalinin geniş təbəqələri üçün əlverişli edəcək. DVB -T dekoderlərinin satışının artması əhalinin onlara olan tələbatından asılı olacaq. Bu məqsədlə KÜR paytaxtdakı məişət texnikasının pərakəndə satışı üzrə mağazalar şəbəkəsi ilə danışıqlar aparır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL