waplog

“Microsoft” korporasiyası ABŞ-ın ən güclü brendi seçilib


“Microsoft” korporasiyası ABŞ-ın ən güclü brendi seçilib. Bu barədə “Computer World” internet nəşri “Forrester Research” konsaltinq şirkəti tərəfindən aparılan tədqiqata istinadən məlumat verib.
 
“Forrester Research” nümayəndələrinin sözlərinə görə, 2013-cü ildə “Microsoft” mövqeyini xeyli möhkəmlətməyə və əksər alıcıların rəğbətini qazanmağa nail olub. Korporasiyanın “One Microsoft” şüarı altında keçirilən reklam kampaniyasının buna töhfəsi böyük olub.

Bununla yanaşı, reytinq müəllifləri qeyd edirlər ki, “Apple” şirkəti son 18 ayda cəlbediciliyini bir qədər itirib. “Apple” əksər qiymətləndirmə göstəriciləri üzrə “Microsoft” ilə eyni bal toplasa da, əsas “Essentials” kateqoriyasında korporasiyadan geri qalıb.

“Apple” məhsulları yüksək keyfiyyət və əla servisi ilə insanların diqqətini cəlb etsə də, daha “Microsoft”un məhsulları kimi vacib və zəruri hesab edilmir”, - "Forrester Research”in analitiki Treysi Stouks bildirib.
Analitik şirkət tərəfindən “Apple” brendinin zəifləməsinin qeydə alınması Tim Kukun rəhbərlik etdiyi şirkətə 2013-cü ilin sentyabrında dünyanın ən bahalı brendi seçilməsinə mane olmayıb. “Apple” bu göstərici üzrə reytinqə 13 il ardıcıl başçılıq etmiş "Coca-Cola” şirkətini ötməyə nail olub. “Interbrand” konsaltinq agentliyinin qiymətləndirməsinə görə, “Apple” brendinin dəyəri 98 milyard dolları ötüb.

2013-cü ilin noyabrında “Forbes” jurnalı “Apple” brendini 100 milyard dollar dəyərində qiymətləndirib. Jurnal ekspertlərinin qiymətləndirməsinə əsasən, “Microsoft” brendinin (reytinqdə ikinci yeri tutub) dəyəri təxminən iki dəfə - 57 milyard dollar azdır, - "Lenta www.lenta.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL