waplog

BTİ yeni vakansiya elan edir


Beynəlxalq Telekommunikasiya İttifaqı  (BTİ)  təlim və inkişaf üzrə əməkdaş vəzifəsinin tutulması barədə vakansiya elan edir.

Namizədlərə verilən tələblər:

Təhsil:

İnsan resurslarının idarə edilməsi, Təlim və inkişaf, Biznesin idarə olunması, yaxud da buna uyğun  sahələr üzrə  ali təhsil və  yaxud  da qeyd olunan  sahələrdən biri üzrə universitet dərəcəsinə bərabər tanınmış ali təhsil müəssisəsinin diplomu.

Təcrübə:

İnsan potensialının qurulması, təlim və yaxud tədqiq etmə və inkişaf fəaliyyətləri, telekommunikasiya/İKT administrasiyası/təşkilatında, yaxud tanınmış özəl təşkilatda əldə olunan təcrübə olsa, daha yaxşı olardı, ən azından 2 il beynəlxalq səviyyədə iş təcrübəsi. Uyğun sahə üzrə doktorluq dərəcəsi 2 illik iş təcrübəsi hesab oluna bilər. İKT sahəsində ən azı 10 il iş təcrübəsi, xüsusilə kibertəhlükəsizlik üzrə, İKT-nin tətbiqi və xidmətlər, o cümlədən ən azı beş il beynəlxalq səviyyədə təcrübə. Müvafiq sahədə doktorluq dərəcəsi 3 illik iş təcrübəsi hesab oluna bilər.

Dil bilikləri:
 
Təşkilatın 6 rəsmi dilindən birini (ərəb, çin, ingilis, fransız, rus, ispan) yüksək səviyyədə,  ikinci dilini isə orta səviyyədə bilməli, üçüncü dil biliyinə üstünlük verilir (Şuranın 626 nömrəli qətnaməsinin müddəalarına uyğun olaraq dil tələbləri yalnız  inkişaf etməkdə olan ölkələrdən olan namizədlər üçün  yumşaldıla bilər, bu o halda mümkündür ki, həmin  ölkələrdən olan namizədlər təşkilatın rəsmi dillərindən 1-ni yüksək səviyyədə bilsin).
 
İllik maaş (vergi çıxılmaqla):

115,565.-USD - 154,234.-USD (öhdəsində ailə üzvləri olmadan)
123,807.-USD - 165,898.-USD (öhdəsində ailə üzvləri olmaqla)
 
Ərizələrin son qəbul günü: 12 Fevral 2014 
 
 *Yazılı test üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Hal-hazırda ərizə qəbuluna start verilib.  Daha ətraflı burdan  - https://erecruit.itu.int/public/hrd-cl-vac-view.asp?jobinfo_uid_c=28496&vaclng=en  tanış ola bilərsiniz

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL