waplog

Əlavə 4 elektron xidmət ictimaiyyətin istifadəsinə təqdim olunub


Azərbaycanda  ordu sıralarına qatılmaq istəyənlər və eləcə də hərbi biletini itirənlər üçün elektron xidmətlər yaradılıb.
 
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən daha 4 e-xidmətdən istifadə ölkə vətəndaşlarının işini asanlaşdıracaq, vaxtlarına qənaət olunmasını təmin edəcək.
 
Bu barədə adıçəkilən Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Şöbədən bildirilib ki, yeni yaradılan xidmətlərə “Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu”, “Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” aiddir:
 
“Bütün bu xidmətlər  vətəndaşların üzləşdiyi məsələlərin rahat və vaxt itirmədən həll olunmasına hesablanıb. Bununla da SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin sayı 5-ə çatıb. Çünki buna qədər, 2013-cü ildən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti vətəndaşların istifadəsinə  təqdim olunmuşdu və qeyd olunmalıdır ki, ondan yararlananların da sayı çoxdur”.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL