waplog

“Sony” 2015-ci maliyyə ilində 80 milyon smartfon satmağı planlaşdırır


Yaponiyanın “Sony” şirkəti ABŞ və Çində bazar payının artırılması sayəsində 31 mart 2016-cı il tarixində başa çatacaq 2015-ci maliyyə ilində 80 milyon satılmış smartfon səviyyəsinə nail olmağı nəzərdə tutur. Bu barədə şirkətin baş direktoru Kazuo Hirai Yaponiyanın “Nikkei” nəşrinə müsahibədə bildirib.  
Onun sözlərinə görə, 2013-cü maliyyə ilinin sonunadək (31 mart 2014-cü ildə başa çatır) "Sony” smartfonlarının satış həcmi 42 milyon ədədə çataraq 2011-ci il göstəricisi ilə müqayisədə 2 dəfə artacaq. Gələcəkdə şirkət yüksək artım tempini qorumağı və 2015-ci maliyyə ilində 80 milyon smartfon satmağı planlaşdırır.

Bundan başqa, “Sony” geniş çeşidli qurğuların satışa çıxarılması və yeni alıcıların cəlb edilməsi sayəsində satış həcmini yüksəltməyi nəzərdə tutur. K.Hirai “Sony” smartfonlarını daha da populyar edəcək amillər arasında keyfiyyətli kameraları və şirkətin multimedia kontentindən istifadəyə imkan verən servislərini sadalayıb. O, həmçinin vurğulayıb ki, mobil texnika üçün akkumulyatorlar sahəsində işləmələr şirkətin qurğularına əlavə üstünlük qazandıra bilər. Xatırladaq ki, Yaponiya şirkəti 2013-cü ildə akkumulyator istehsalı üzrə bölməni satmaqdan imtina edib.  

“Nikkei” nəşrinin məlumatına görə, hazırda “Sony” dünya smartfon istehsalçıları arasında yeddinci yeri tutur. Satış həcminin nəzərdə tutulan səviyyəyə çatdırılması Yaponiya istehsalçısına  “Samsung” və “Apple” şirkətlərindən sonra üçüncü yerə çıxmağa imkan verəcək, - "Digit www.digit.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL