İran üç kosmik peykini orbitə buraxacaq
İranın vitse-prezidenti Məhəmməd Şariatmadari yerli KİV-ə müsahibəsində deyib ki, İran şəxsi istehsalı olan üç kosmik peykini orbitə buraxmağa hazırlaşır. Onun sözlərinə görə, İranın “Tadbir”, “Şarif-Sat” və “Fadjr” peykləri son hazırlıq mərhələsindədir.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, o, peyklərin kosmosa buraxılması tarixini açıqlamayıb.
Xatırladaq ki, ötən ilin dekabrında İran “ISA” Kosmik Agentliyinin nümayəndələri deyiblər ki, “Tadbir” və “Şarif-Sat” peykləri martın sonuna qədər yerətrafı orbitə buraxılmalıdır. Bundan başqa İran daha bir peykini orbitə buraxmağa hazırlaşır, lakin onun adı hələ ki məlum deyil.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL