waplog

“Dell” əməkdaşlarını ixtisar edəcək


ABŞ-ın fərdi kompüter istehsalçısı “Dell” dünyada müəssisələrində çalışan şirkət əməkdaşlarının sayında geniş ixtisarlar aparmağı planlaşdırır.   

Belə ki, şirkət ABŞ-da yerləşən satış bölməsinin 20 faiz işçisini və Avropa, Afrika və Yaxın Şərqdə məhsulların marketinqinə və satışına məsul olan ştatın 30 faizini işdən azad etməyə hazırlaşır. Fərdi kompüter, korporativ proqram təminatı, məlumatların saxlanılması qurğularının istehsalı sahəsində çalışan əməkdaşlar işlərindən məhrum olacaq.

“Dell”in nə qədər iş yerini ixtisar etmək niyyətində olması hələ ki məlum deyil. Hazırda şirkət əməkdaşlarının təxmini sayı 111 300 nəfər təşkil edir.

Ötən ilin dekabrında ABŞ istehsalçısı işçilərinə pul kompensasiyası əvəzində işdən könüllü getməklə bağlı proqramı işə salıb. “Dell” heç vaxt ştatın azalması ilə bağlı məlumatları inkar və təkzib etməyib.
Şirkətin mətbuat katibi Devid Frink bildirib ki, “Dell” uzunmüddətli uğura hesablanmış hədəf üzərində işləyir və bu məqsədə nail olmaq üçün şirkət işçi qüvvəsinə təsir edəcək sərt qərarlar qəbul edə bilər.
Xatırladaq ki, ötən ilin oktyabrın sonunda "Dell” özəlləşdirilib. Şirkətin səhmləri “Silver Lake Lake Partners” investisiya tərəfdaşının dəstəyi ilə “Dell” təsisçisi və baş direktoru Maykl Dell tərəfindən 24,9 milyard dollara satın alınıb, - “3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL