50 dollarlıq smartfon təqdim olunub
Çinin mobil elektronika istehsalçısı “JiaYu” şirkəti 50 dollarlıq “F1” adlı smartfonunu təqdim etməyə hazırlaşır. İstehsalçı bu məbləğə alıcılara zəif də olsa, işlək smartfon təklif etməyə hazırlaşır.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “JiaYu F1” smartfonu 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran, “MediaTek MT6572” platformasına əsaslanan 1,3 QHs takt tezlikli ikinüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz ediləcək. Aparat, həmçinin 5 və 0,3 meqapiksellik kamera və 2400 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. “JiaYu F1” smartfonu “Android 4.2” platforması ilə işləyəcək.
İstehsalçı 50 dollarlıq smartfonun satışa çıxarılma tarixini bir qədər sonra açıqlayacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL