waplog

Azərbaycanda bu gündən etibarən ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılıb


Bu gündən Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılıb.
 
Nəqliyyat Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Nəqliyyat kartı Bakı şəhər ictimai nəqliyyatında istifadə üçün “Bank of Azerbaijan” ASC tərəfindən buraxılıb. Sığorta depoziti – müştəri tərəfindən adsız “Nəqliyyat kartı”nın əldə edildiyi zaman ödənilən 2 manat həcmində məbləğdir. Müştəri tərəfindən kart qaytarıldığı zaman həmin məbləğ müştəriyə geri qaytarılır. Kartdakı vəsait – müştəri tərəfindən karta mədaxil edilmiş və nəqliyyatda istifadəsi mümkün olan vəsait. Həmin vəsait müştəri tərəfindən nəqliyyatda istifadə edildiyi zaman müəyyən olunmuş tarifə əsasən silinir.

İstifadəçilər “Nəqliyyat kartı”nı “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrindən, “Yolkart” loqosu ilə təchiz olunan ticarət obyektlərindən (Bakı şəhəri üzrə ticarət köşklərindən, “Qasid” köşklərindən, iri supermarketlərdən və diğər ticarət obyektlərindən) ala bilərlər. Nəqliyyat kartının alınması zaman ictimai nəqliyyat istifadəçisi ilk dəfə 2 manatlıq kartın alınması üçün (sığorta depoziti) və 1 manat nəqliyyatda gediş haqlarının ödənilməsi üçün ödəməlidir. Sığorta depoziti üçün ödənilmiş məbləğ İstifadəçiyə kartı geri qaytardığı zaman geri ödənilir. İstifadəçi kartı geri qaytardığı zaman öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.    

İstifadəçilər “Nəqliyyat kartı”nın balansını “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində, “Yolkart” loqosu ilə təchiz olunan Bakı şəhəri üzrə ticarət köşklərində, “Qasid” köşklərində, iri supermarketlərdə və diğər ticarət obyektlərində nağd vəsait ödəməklə artıra bilərlər. “Nəqliyyat kartı”nın balansının artırılması zamanı bir əməliyyatla minimal 1 manat nağd vəsait mədaxil etmək lazımdır. Nəqliyyat kartının sınması və ya zədələnməsi zamanı, əgər kartda istifadə edilməmiş məbləğ qalıbsa, istifadəçi “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrinə müraciət etməklə (şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir) yeni kart sifariş edə bilər və istifadə edilməmiş balansı yararsız kartdan yeni karta köçürdə bilər.  Bu zaman istifadəçi 2 manat sığorta depozitini yenidən ödəməlidir. Nəqliyyat kartı adsız bank kartı olduğu üçün İtirilmiş kartın balansının bərpası mümkün deyil.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL