waplog

Bakıda ilin sonunadək 650 avtobusda kartla ödəniş sistemi tətbiq ediləcək


Bakıda bu il fevralın  sonuna kimi ictimai nəqliyyatda tətbiq edilən kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq.
 
Nəqliyyat Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ümumilikdə proses 2014-cü ilin sonunadək başa çatdırılacaq. Xüsusi verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq.  

Qeyd edək ki, kartın qiyməti 2 manatı sığorta depoziti, 1 manat isə balansa yüklənən gediş haqqı olaraq 3 manatdır. İlkin olaraq 10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə başlanılıb. Bu gün 450 minə yaxın kart artıq hazırdır, 1 milyona yaxın kart isə sifariş edilib.
 
Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları, eləcə də “Bank of Azerbaijan”ın filiallarından əldə etmək olar.
 
Aynur Vəliyeva


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL