Sərt disk tədarüklərinin həcmi cüzi artıb
“Trendfocus” analitik agentliyinin araşdırmasına əsasən, ötən ilin son rübünün nəticəsinə görə, sərt disk bazarının həcmi, demək olar ki, dəyişməyib.
Onun əməkdaşlarının məlumatlarına əsasən, 2013-cü il oktyabr-dekabr ayları ərzində 142 milyon sərt disk tədarük edilib. Üçüncü rübdə bu göstərici 140 milyon olub. Masaüstü kompüter və istehlak elektronikası üçün 3,5 düymlük sərt disklərin həcmi 53 milyon təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, korporativ müəssisələr üçün HDD seqmentində tədarüklərin həcmi 2 milyon artıb: yeni il qabağı müəssisələrdə büdcələrin artımı, həmçinin “Windows XP” əməliyyat sisteminin dəstəklənməsinin tezliklə dayandırılması öz sözünü deyib. Qeyd edək ki, “Microsoft” korporasiyası 2014-cü ilin aprelindən bu əməliyyat sistemi üçün yeniləmə çıxarmayacaq.
2,6 düymlük disk lövhələri ilə təchiz edilmiş mobil sərt disk seqmentində kiçik artım qeydə alınıb. Bu, noutbuklar üçün qurğuların satış həcminin yaxşı olması və xarici HDD pərakəndə bazarında mövsümi artım ilə izah edilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL