“iPhone” a rəqib gəlir
“Google” internet axtarış sistemi avqust ayının 15-də mobil telefon və smartfon istehsalı ilə məşğul olan “Motorola Mobility” şirkətini alması ilə bağlı qarşı tərəflə razılaşıb. “Motorola”nın rəsmi press-relizində bildirilib ki, razılaşmanın qiyməti 12,5 milyard dollar təşkil edəcək. “Motorola Mobility” şirkətinin hər səhmi üçün internet axtarış nəhəngi nağd olaraq 40 dollar ödəyəcək. Bu, şirkətin səhmlərindən 63% çoxdur. Belə olan halda isə “Motorola Mobility”-nin səhmləri avqust ayının 15-də kəskin artmalıdır. Bununla belə premarketdə “Google” səhmləri 2%-dən çox aşağı düşüb.
Qeyd edək ki, “Google” şirkəti “Android” mobil əməliyyat sistemini hazırlayır. Həmin sistemlər bir neçə istehsalçının, həmçinin “Motorola” şirkətinin smartfonlarına quraşdırılır. “Bloomberg” qeyd edib ki, “Google”-un “Motorola Mobility” şirkətini alması ona “Apple” şirkətinin məhsulu olan “iPhone” ilə rəqabət aparmağa kömək edəcək. Press-relizdə bildirilib ki, saziş hələ ABŞ, Avropa Birliyi və digər yurisdiksiyalar tərəfindən təqdir olunmalıdır. Bütün formal prosedurların 2011-ci ilin sonuna və ya 2012-ci ilin əvvəlinə başa çatacağı gözlənilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL