Hollandiyanın “Guidion” şirkəti “Azərpoçt”un rebrendinqini həyata keçirəcək
Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqinə başlayıb.
“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkət, ötən ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub.
Tender şərtlərinə əsasən, şirkət “Azərpoçt”un marketinq strategiyasını tərtib edəcək. Marketinq strategiyası pilot layihə çərçivəsində Şirvanda tətbiq ediləcək.
Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihə Dünya Bankı tərəfindən idarə edilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL